Şənbə, 27 Aprel

Alen Simonyan TƏŞVİŞƏ DÜŞDÜ: "Azərbaycan yeni hücuma hazırlaşır"

image

Son günlər erməni “ekspert”lər Azərbaycana qarşı davamlı təxribatçı, cəfəng çıxışlar edir, qarayaxma ilə məşğul olurlar. Onlar həmişəki kimi xoflarını Azərbaycana böhtan atmaqla ifadə edirlər.

Xəbər verilir ki, növbəti sərsəm açıqlama Ermənistan Parlamentinin spikeri Alen Simonyandan gəlib. O bildirib ki, hazırkı hökumətin danışıqlar apara bilməyəcəyi ilə bağlı verilən bütün proqnozların əksinə olaraq, danışıqlar prosesi davam edir və qonşu ölkə də sülhdən danışır.

“Biz sülh prosesini davam etdirəcəyik. Hesab edirik ki, ilk növbədə təhlükəsizlik məsələlərini həll etmək lazımdır və bu, qonşularla sülh yaratmaqla, güclü orduya malik olmaqla həll olunur.

Biz qanunvericilik təşəbbüslərindən başlayaraq, əsas kadr dəyişikliklərinə qədər irəliləyəcəyik. Görünür ki, böyük dəyişikliklər baş verib və deyə bilərəm ki, müdafiə naziri Papikyan öz işini çox uğurla yerinə yetirir”, – deyə Simonyan bildirib.

Simonyan Azərbaycanla münasibətlərə də toxunub.

“İndiyədək biz bütün əsas məsələlərdə mövqeyimizi qoruyub saxlaya bilmişik. Bizim üçün qırmızı xətlər var, onlar həm Azərbaycana, həm də cəmiyyətimizə məlumdur. Biz bu məntiqdə qalacağıq və çalışacağıq”.

Sərhəddəki gərginlikdən danışan Simonyan bildirib ki, belə bir gərginlik həm görüşlərdən əvvəl, həm də sonra yaranır.

“Bu, hansısa yolla danışıqlara təsir etmək üçün edilir. İndi onlar hərbi təlimlərə başlayır və yeni hücuma hazırlaşırlar. Bizim yanaşmamız hər dəqiqə istənilən vəziyyətə hazır olmaqdır. Heç kəsdə elə təəssürat yaranmasın ki, biz bütün məsələlərin həll olunduğunu düşünürük. Biz hər zaman Azərbaycandan hər hansı təxribat gözləyirik”.

Zəngəzur dəhlizi barədə Alen Simonyan deyib:

“Bu, Ermənistan üçün qırmızı xəttdir və müzakirə mövzusu deyil. Ermənistan 9 noyabr bəyanatında yer alan bütün bəndləri yerinə yetirir. Azərbaycan vətəndaşları, Ermənistan qanunvericiliyinə uyğun olaraq Naxçıvana yüklər daşına bilər. Dəhliz formalaşdırılması ola bilməz.

Buna baxmayaraq, Azərbaycanla danışıqlar davam edir, heç bir dalana dirəniş yoxdur və əsas məsələlərlə bağlı fikirlər aydındır”, – deyə Simonyan əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36